AGEC
HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlərƏlaqə
AGEC
HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlərƏlaqə

AGEC Naxçıvanda 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə əsas müqavilələri imzalayıb

22 mar 20262 dəq. oxuma

Azerbaijan Green Energy Company (AGEC)-nin törəmə müəssisəsi "CEİ Naxçıvan" MMC, Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə mühüm müqavilələri imzalayıb.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İnvestisiya Müqaviləsi, Azərenerji ASC ilə isə Elektrik Enerjisinin Alqı-Satqısı Müqaviləsi (PPA) və Şəbəkəyə Qoşulma Müqaviləsi (TCA) bağlanıb. Bu razılaşmalar layihənin hüquqi və kommersiya əsaslarını formalaşdıraraq uzunmüddətli enerji satışı və elektrik şəbəkəsinə inteqrasiyanı təmin edir.

“Şəms 1” layihəsi Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına, enerji infrastrukturunun müasirləşdirilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş strateji təşəbbüslərdən biridir.

AGEC layihənin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsini təmin etməklə yanaşı, ölkənin yaşıl enerji keçidini sürətləndirmək və dayanıqlı enerji ekosisteminin inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirir.

AGEC

İnnovativ günəş və külək həlləri ilə Azərbaycanın bərpa olunan enerjiyə keçidində liderlik edirik.

Sayt

HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlər

Bizimlə əlaqə

[email protected]012 504 50 04

Port Baku 153, Neftçilər prospekti, Bakı, Azərbaycan, AZ 1010

© AGEC - Bütün hüquqlar qorunur.

Dizayn və tərtibat:Maestro Studio

© AGEC - Bütün hüquqlar qorunur.

Dizayn və tərtibat:Maestro Studio