AGEC
HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlərƏlaqə

Dayanıqlılıq

Yaşıl gələcək məsuliyyətli seçimlərdən başlayır.

AGEC-in missiyası Azərbaycanın bərpa olunan enerjiyə keçidini sürətləndirməkdir. Dayanıqlılıq bu məqsədi daha geniş məsuliyyətlə — ətraf mühitin və enerji keçidində iştirak edən insanların maraqlarını nəzərə almaqla birləşdirir. Prioritetlərimiz təmiz enerjini, təbiətə qayğını və məsuliyyətli biznes yanaşmasını bir araya gətirir. Onlar ilkin layihə qərarlarından layihələrimizin istehsal edəcəyi enerjiyə qədər uzunmüddətli dəyərə baxışımızı formalaşdırır.

Prioritetlərimiz təmiz enerjini, təbiətə qayğını və məsuliyyətli biznes yanaşmasını bir araya gətirir. Onlar ilkin layihə qərarlarından layihələrimizin istehsal edəcəyi enerjiyə qədər uzunmüddətli dəyərə baxışımızı formalaşdırır.

Dayanıqlılıq prioritetlərimiz

01

Ətraf mühit

Hər bir layihənin ətrafındakı təbii ehtiyatları və ekosistemləri nəzərə alaraq təmiz enerjiyə keçidə töhfə vermək.

  • Bərpa olunan enerji və dekarbonizasiya
  • Biomüxtəlifliyin və ekosistemlərin qorunması
  • Resurslardan məsuliyyətli istifadə
02

İnsanlar və icmalar

Təhlükəsizliyə, dialoqa və inkişaf imkanlarına diqqət yetirərək insanları enerji keçidinin mərkəzində saxlamaq.

  • Sağlamlıq, təhlükəsizlik və rifah
  • İcmalar və maraqlı tərəflərlə əməkdaşlıq
  • Bacarıqlar və yerli imkanlar
03

Məsuliyyətli biznes

Dürüstlük, hesabatlılıq və layihələrin inkişafına məsuliyyətli yanaşma əsasında uzunmüddətli əlaqələr qurmaq.

  • Etik biznes davranışı
  • Şəffaflıq və hesabatlılıq
  • Məsuliyyətli tərəfdaşlıqlar
Açıq mavi səma fonunda külək turbininin qanadları

Məqsəddən fəaliyyətə

Layihənin hər mərhələsində məsuliyyət.

Bərpa olunan enerji həllin bir hissəsidir. Məsuliyyətli enerji keçidi layihələrin necə planlaşdırıldığını, həyata keçirildiyini və istismar olunduğunu da nəzərə almaq deməkdir.

01

Düşünülmüş planlaşdırma

+−

Texniki mümkünlüklə yanaşı, ekoloji və sosial təsirləri erkən mərhələdə nəzərə almaq. Yerli şəraitin və maraqlı tərəflərin baxışlarının öyrənilməsi daha əsaslı layihə qərarlarına kömək edir.

02

Məsuliyyətli icra

+−

Layihənin inkişafı və tikintisi boyunca təhlükəsizliyə, resurslardan məsuliyyətli istifadəyə və tərəfdaşlarla konstruktiv əməkdaşlığa üstünlük vermək.

03

Uzunmüddətli baxış

+−

Layihənin icrasından sonrakı dövrü də nəzərə alaraq təmiz enerjinin etibarlı istehsalına, aktivlərin qorunmasına və zamanla ekoloji və sosial nəticələrin yaxşılaşdırılması imkanlarına diqqət yetirmək.

Daha təmiz enerji gələcəyinə birlikdə doğru.

Bərpa olunan enerji layihələrimizlə tanış olun və ya tərəfdaşlıq və dayanıqlılıq barədə komandamızla əlaqə saxlayın.

Layihələrimizlə tanış olunBizimlə əlaqə
AGEC

İnnovativ günəş və külək həlləri ilə Azərbaycanın bərpa olunan enerjiyə keçidində liderlik edirik.

Sayt

HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlər

Bizimlə əlaqə

[email protected]012 504 50 04

Port Baku 153, Neftçilər prospekti, Bakı, Azərbaycan, AZ 1010

© AGEC - Bütün hüquqlar qorunur.

Dizayn və tərtibat:Maestro Studio