AGEC
HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlərƏlaqə
AGEC
HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlərƏlaqə

AGEC nümayəndə heyəti "Global Offshore Wind 2026" beynəlxalq konfransında iştirak edib

22 iyn 20264 dəq. oxuma

AGEC nümayəndə heyəti "Global Offshore Wind 2026" beynəlxalq konfransında iştirak edib
AGEC nümayəndə heyəti "Global Offshore Wind 2026" beynəlxalq konfransında iştirak edib

22 iyn 20264 dəq. oxuma

AGEC nümayəndə heyəti "Global Offshore Wind 2026" beynəlxalq konfransında iştirak edib

Azerbaijan Green Energy Company (AGEC) nümayəndələri 16–17 iyun 2026-cı il tarixlərində Böyük Britaniyanın Mançester şəhərində keçirilən "Global Offshore Wind 2026" beynəlxalq konfransında iştirak ediblər.

Konfrans çərçivəsində Mançester Mərkəzi Konqres Kompleksində təşkil olunan sərgi və panel müzakirələrində iştirak edib, dənizdə külək enerjisi sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq şirkətlərlə görüşlər keçirərək əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti üçün xüsusi tədbir təşkil olunub. Tədbirdə Böyük Britaniyanın dənizdə külək enerjisi təchizat zəncirini təmsil edən şirkətlər öz fəaliyyətləri və innovativ həlləri barədə təqdimatlar ediblər.

Səfərin davamında nümayəndə heyəti Uelsdə yerləşən RWE şirkətinə məxsus dənizdə külək elektrik stansiyalarını ziyarət edib. Mostyn limanında keçirilən proqram zamanı iştirakçılar dənizdə külək parklarının idarəetmə sistemləri, dəniz yarımstansiyaları və əməliyyat prosesləri ilə yaxından tanış olublar.

AGEC üçün bu cür beynəlxalq platformalarda iştirak dənizdə külək enerjisi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi və Azərbaycanın yaşıl enerji gündəliyinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AGEC

İnnovativ günəş və külək həlləri ilə Azərbaycanın bərpa olunan enerjiyə keçidində liderlik edirik.

Sayt

HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlər

Bizimlə əlaqə

[email protected]012 504 50 04

Port Baku 153, Neftçilər prospekti, Bakı, Azərbaycan, AZ 1010

© AGEC - Bütün hüquqlar qorunur.

Dizayn və tərtibat:Maestro Studio

© AGEC - Bütün hüquqlar qorunur.

Dizayn və tərtibat:Maestro Studio