AGEC
HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlərƏlaqə
AGEC
HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlərƏlaqə

Cəbrayılda 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyasının təməli qoyulub

22 dek 20255 dəq. oxuma

Cəbrayılda 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyasının təməli qoyulub
Cəbrayılda 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyasının təməli qoyulub

22 dek 20255 dəq. oxuma

Cəbrayılda 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyasının təməli qoyulub

Cəbrayıl rayonunun Şahvəli kəndində 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası layihəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Energetika naziri Pərviz Şahbazov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Clean Energy Cəbrayıl MMC-nin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı layihənin strateji əhəmiyyəti, Azərbaycanın yaşıl enerji siyasətinə töhfəsi və Şərqi Zəngəzurun bərpa olunan enerji mərkəzinə çevrilməsi istiqamətində rolu xüsusi vurğulanıb.

130 hektar ərazidə inşa ediləcək stansiya ildə 103 milyon kVt·saat elektrik enerjisi istehsal edəcək, 22 milyon kubmetr təbii qaza qənaət edilməsinə və ildə təxminən 48 min ton CO₂ emissiyasının azaldılmasına imkan yaradacaq.

Layihə istismara verildikdən sonra müəssisələrin təmiz enerji ilə təmin olunmasına, enerji mənbələrinin şaxələndirilməsinə və Azərbaycanın dayanıqlı enerji keçidinin sürətləndirilməsinə mühüm töhfə verəcək.

AGEC

İnnovativ günəş və külək həlləri ilə Azərbaycanın bərpa olunan enerjiyə keçidində liderlik edirik.

Sayt

HaqqımızdaLayihələrDayanıqlılıqXəbərlər

Bizimlə əlaqə

[email protected]012 504 50 04

Port Baku 153, Neftçilər prospekti, Bakı, Azərbaycan, AZ 1010

© AGEC - Bütün hüquqlar qorunur.

Dizayn və tərtibat:Maestro Studio

© AGEC - Bütün hüquqlar qorunur.

Dizayn və tərtibat:Maestro Studio